Rolls-Royce

Rolls-royce

Rolls-RoyceHenry Royce 1884-cü ildə elektronika və maşın istehsal edən bir fabrika qurdu. 1904-cü ildə ilk avtomobilini düzəltdi. Həmin il Londonda avtomobil satan Stewart Rollsla tanış oldu. İkitərəfli əməkdaşlıq etmək üzrə razılaşdılar. Royce’un hazırladığı avtomobilləri Rolls satmağa başladı. Avtomobillərin adı Rolls Royce oldu. Şirkətin məqsədi qabaqcıl texnologiyalı lüks avtomobil istehsal etməkdir. Wright Qardaşları ilə etdiyi razılaşma nəticəsində, təyyarə mühərrik istehsalında bir nömrəli marka oldu. 1915-ci ildə Müttəfiqlər üçün ilk zirehli vasitələri çıxardı. 1939-cu ildə Krallıq Hava qüvvələri təyyarələrinin bir çoxunun mühərriklərini yenilədi. İkinci dünya müharibəsindən sonra reaktiv mühərrik çıxaran şirkətlər arasında ilk yeri tutdu. 1971-ci ildə iflas oldu. İstehsalatın 90 faizini təşkil edən, aviasiya bölümü, İngiltərə hökuməti tərəfindən götürüldü. Hal-hazırda Rolls-Royce Motors, GhostPhantom modellərini istehsal edir. Daha çox reaktiv mühərrikləri istehsal edir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne